Millimizdən böyük hesablı QƏLƏBƏ
20.03.2024 - 20:35
Millimizdən böyük hesablı QƏLƏBƏ

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda 3-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, Moldova ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Dördüncü qolu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.

Beləliklə, Azərbaycan millisi qrupu 3 xalla 3-cü yerdə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0