“Lids” hücumçusunu icarəyə verdi
02.09.2022 - 00:51
“Lids” hücumçusunu icarəyə verdi

“Lids”in hücumçusu Daniel Ceyms özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Fulhem”də davam etdirəcək.

Artıq tərəflər arasında keçidlə bağlı razılıq əldə olunub. 24 yaşlı uelsli icarə əsasında “Fulhem”ə keçəcək. O, bir müddət əvvəl “Tottenhem”in də maraq dairəsində olsa da, transferi baş tutmamışdı.

Qeyd edək ki, ötən yay “Lids”ə keçən Ceymsin müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0