“Turan Tovuz”un gürcü legioneri Piruzi Marvkvaladzenin apasport.az saytına müsahibəsi
- "Turan Tovuz" evdə "Sabah"a 0:2 hesabı ilə məğlub oldu. Səncə, bu matçda nəyə görə uğurlu nəticə qazanmaq mümkün olmadı?
- Bəli, təəssüf ki, bu matçda uduzduq. Bu, komandadakı çoxlu zədələr və gərgin iş qrafiki ilə bağlıdır. Bununla belə, “Sabah” çox yaxşı komandadır. Yaxşı mübarizə aparsaq da, sonda məğlub olduq.
- "Sabah" hazırda Premyer Liqada ikinci pillədədir. Onlara qarşı oynamaq həqiqətən çox çətindir?
- Biz bu matçda çoxlu problemlərlə üzləşmişdik. Bütün bunlar da elə məğlubiyyətimizə səbəb oldu. Halbuki biz daha yaxşı nəticə qazanmaq üçün meydana çıxmışdıq.
- "Turan Tovuz" artıq 8 oyundur ki, çempionatda qalib gələ bilmir. Bunu nə ilə əlaqələndirirsən?
- Bəli, açıq-aşkar uğursuzluğa düçar olduq. Buna da zədələr səbəb oldu. Biz iki cəbhədə vuruşuruq və daha çox enerji sərf edirik. Düşünürəm ki, çətin də olsa, bunu düzəldə, işimizin öhdəsindən gələ bilərik.
- "Turan Tovuz" üçün də birinci diviziona düşmək təhlükəsi var. Bu, gərginlik yaradır və bu haqda düşünürsüz?
- Bu haqda düşünmək belə istəmirəm. Ümid edirəm ki, növbəti matçlarda qalib gələcəyik və aşağı liqaya düşmək təhlükəsindən uzaq qalacağıq. Yaxşı komandamız var, istənilən uğuru əldə edə bilərik.
- Maraqlıdır ki, çempionatda "Turan Tovuz" 8 oyundur qalib gələ bilməsə də, ölkə kubokunda isə finala adlamaq şansına sahibdir. Yarımfinalın ilk görüşündə “Neftçi”yə qalib gəldiniz. Səncə, hazırda "Turan Tovuz" finala daha da yaxındır?
- Bəli, biz “Neftçi”ni evdə məğlub etdik. Amma bir top üstünlüyünün o qədər də çox olmadığını düşünürük. Ona görə də, bu, minimum üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik. Finala çıxmaq üçün sona qədər mübarizə aparacağıq.
- Bakıdakı cavab qarşılaşması haqda nə düşünürsən?
- Bizi qarşıda çox çətin matç gözləyir. Finalda oynamağa layiq olmaq üçün hər şeyi edəcəyik. İlk görüşdə qalib gəlmişik. Demək ki, bunu edə bilərik.