“Neftçi”nin futbolçusu qoruyucu ilə məşq edəcək
05.09.2022 - 16:35
“Neftçi”nin futbolçusu qoruyucu ilə məşq edəcək

Misli Premyer Liqasının V turu çərçivəsində “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl yüngül məşq zamanı zədələnmiş futbolçu Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze “ağ-qaralar”ın sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. 

Apasport.az xəbər verir ki, bununla bağlı “Neftçi” məlumat yayıb. 

Bildirilib ki, komandanın baş həkimi Şaiq Zöhrablı burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir: “Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq”. 

Qeyd edək ki, “Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbədən sonra xalının sayını 12-yə yüksəldən “Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0