“Qarabağ” akademiyasının komandaları Qətərə yollanıb
17.05.2024 - 16:14
“Qarabağ” akademiyasının komandaları Qətərə yollanıb

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.

writer photo
Əlirza Əlirzalı
0