“Barselona”nın qapıçısına cəlbedici təklif
01.11.2022 - 00:00
“Barselona”nın qapıçısına cəlbedici təklif

“Barselona”nın qapıçısı Mark-Andre Ter-Şteqen karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiperin xidmətində “Nyukasl” maraqlıdır.

Premyer Liqa klubu 30 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır. İspaniya nəhəngi əsas qapıçısını satmaq istəməsə də, maliyyə durumu üzündən bu təklifi qəbul edə bilər.

“Nyukasl”ın Ter-Şteqenə təklifi də cəlbedicidir. Klub rəhbərliyi ona istədiyi rəqəmi yaza biləcəyi boş çek verməyə razıdır.

Qeyd edək ki, Mark-Andre 2014-cü ildən “Barselona”da forma geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0