“Liverpul”un sabiq futbolçusu komandasını dəyişir
30.01.2023 - 21:34
“Liverpul”un sabiq futbolçusu komandasını dəyişir

“Liverpul”un sabiq futbolçusu Conco Şelvi “Nottinhem Forest”ə keçir.

Apasport.az saytının məlumatına görə, onun keçidi ilə bağlı razılıq əldə olunub.

Hazırda “Nyukasl”da çıxış edən 30 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra müqavilə imzalayacaq. O, 2016-cı ilin yanvarından “Nyukasl”ın formasını geyinir.

Qeyd edək ki, Şelvi 2010-13-cü illərdə “Liverpul”da oynaması ilə tanınır. O, İngiltərə yığmasında 6 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0