“Arsenal” futbolçusunu 5 milyona satdı
03.08.2023 - 19:18
“Arsenal”ın və ABŞ millisinin futbolçusu Oston Trastinin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını “Şeffild Yunayted”də davam etdirəcək.
Onun transferi 5 milyon avroya gerçəkləşib. Trasti ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Arsenal”ın futbolçusu ötən mövsümdə “Birminhem Siti”də icarədə olub.
0
0