“Kəpəz” Misli Premyer Liqasındakı oyunlarını yenidən Gəncədən kənarda keçirəcək.
Apasport.az saytının məlumatına görə, buna Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti səbəb olub.
Arenanın durumu Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı deyil. Bu üzdən də qərblilər apreldə təşkil olunacaq ev qarşılaşmalarını Qəbələdə keçirəcək. Klubun bununla bağlı müraciəti və təsdiq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası iki görüşün yerinin dəyişdirilməsinə qərar verib.
“Kəpəz”in XXXIII turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyi ilə bağlı yekun qərar renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra veriləcək.
15 aprel
16:00. “Kəpəz” - “Turan Tovuz”
Qəbələ şəhər stadionu
29 aprel
16:00. “Kəpəz” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
Qeyd edək ki, “Kəpəz” mövsümün əvvəlində də ev oyunlarını Qəbələdə keçirib.