"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlandı
21.12.2022 - 15:00
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlandı

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib. 

Apasport.az saytının məlumatına görə, tədbirdə müxtəlif nominasiyalar üzrə 54 KİV-i təmsil edən idman jurnalistləri arasındakı sorğunun nəticələri açıqlanıb. 

Eyni zamanda, İAM-ın xüsusi mükafatı təqdim edilib. 

Qaliblər bunlardır: 

Nominasiyalar üzrə

İlin İdman Xadimi - Fərid Qayıbov (Gənclər və idman naziri)
İlin Əcnəbi Futbolçusu - Kadi Borges ("Qarabağ")
İlin Futbolçusu - Emin Mahmudov ("Neftçi")
İlin İdmançısı - Eldəniz Əzizli (Yunan-Roma güləşçisi), Gövhər Beydullayeva (şahmatçı - qadınlar arasında)
İlin Komandası - "Qarabağ", minifutbol üzrə Azərbaycan yığması (milli komandalar arasında)
İlin Məşqçisi - Qurban Qurbanov ("Qarabağ")
İlin İdman Yarışı - Yunan-Roma güləşi üzrə Dünya Kuboku

Xüsusi mükafat
Kütləvi idman baxımından İlin Fəal Federasiyası - Azərbaycan Minifutbol Federasiyası

writer photo
Əlirza Əlirzalı
0