“Barselona” Fatini Neveşlə dəyişir
06.05.2023 - 17:09
“Barselona” Fatini Neveşlə dəyişir

“Barselona” və “Vulverhempton” futbolçu dəyişikliyi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Ansu Fatini transfer etmək istəyir.

“Vulverhempton” gənc ulduz üçün Ruben Neveşi də verməyə hazırdır. Premyer Liqa təmsilçisi yarımmüdafiəçi və 30 milyon avro təklif edib.

Vingerini satmağa razı olan “Barselona” da Neveşi heyətində görməyə hazırdır. Bu alqı-satqı İspaniya klubunun maliyyə durumuna da müsbət təsir etməlidir. 

Lakin bunun üçün Ansunu da keçidə razı salmaq lazımdır. 20 yaşlı istedad isə hələlik klubdan ayrılmaq istəmir.

Qeyd edək ki, Neveşin transfer qiyməti 40 milyon avro ilə dəyərləndirilir. Bu isə o deməkdir ki, Ansunun keçidi “Vulverhempton” 70 milyona başa gələcək.

writer photo
Əlirza Əlirzalı
0