De Xea İspaniyaya qayıda bilər
19.09.2023 - 12:44
De Xea İspaniyaya qayıda bilər

David De Xea karyerasını vətənində davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 32 yaşlı qapıçı “Betis”in maraq dairəsindədir. 

Komanda rəhbərliyi 32 yaşlı ispanı ən uyğun namizəd hesab edir. De Xeanın yaxın günlərdə azad agent kimi Sevilya təmsilçisinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted"in 12 il qapısını qoruyan əlcək sahibi bir neçə klubla danışıqlar aparsa da, yekun qərar verməyə tələsmir.
 

writer photo
Əlirza Əlirzalı
0