Türkiyə millisinin futbolçusu Bundesliqa klubuna keçib
02.07.2024 - 12:18
Türkiyə millisinin futbolçusu Bundesliqa klubuna keçib

Türkiyə millisinin üzvü Can Uzunun Bundesliqa klubuna transferi başa çatıb. 

Apasport.az xəbər verir ki, türkiyəli futbolçu "Ayntraxt Frankfurt"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

O, daha əvvəl Bundesliqa 2-də mübarizə aparan “Nürnberq”in heyətində çıxış edirdi. Bundesliqa 2-də 33 dəfə çıxış edən türkiyəli 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0