Birhoff getdi, növbədə Flikdir
07.12.2022 - 09:55
Almaniya millisində daha bir istefa reallaşa bilər.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-dəki uğursuzluqdan sonra baş məşqçi Hans-Diter Flikin postunda qalacağı gözlənilsə də, Oliver Birhoffun Bundestimdən ayrılması vəziyyəti dəyişib.
Yığmanın menecerinin istefası Flikin də baş məşqçi postunu laxladıb. 57 yaşlı mütəxəssis məhz Birhoffun istəyi və vasitəçiliyi ilə baş məşqçi təyin edilib. Onun gedişinin də bu vəzifəyə təsirsiz ötüşməyəcəyi qaçılmazdır.
Qeyd edək ki, Flikin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0