“Fənərbaxça”nın futbolçusu tualetlə bərbərxananı səhv saldı
28.12.2022 - 10:57
“Fənərbaxça”nın futbolçusu tualetlə bərbərxananı səhv saldı

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Mişi Batşuayi qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, 29 yaşlı belçikalı futbolçu Super Liqanın hesabat turunun “Hatayspor”la oyunundan öncə bərbərə getməyi planlaşdırsa da, buna vaxt edə bilməyib. 

O, nəticədə görüşün startından əvvəl saçını tualetdə kəsdirmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, “Fənərbaxça”nın 4:0 hesabı ilə qalib gəldiyi matçda qollardan birinə Batşuayi imza atıb. 
 

writer photo
Əlirza Əlirzalı
0