Rio Ferdinand Mourinyo haqqında sərt danışıb
18.08.2024 - 13:19
Rio Ferdinand Mourinyo haqqında sərt danışıb

Sabiq futbolçu və mütəxəssis "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

Apasport.az xəbər verir ki, Rio Ferdinand portuqaliyalı haqqında açıqlama verib.

"Mançester Yunayted"in əfsanəsi baş məşqçinin artıq əvvəlki səviyyədə olmadığına diqqət çəkib.

"Lill"ə qarşı oynanan matçda Mourinyonun artıq Avropanın böyük liqalarında baş məşqçilik edə bilməyəcəyini gördük. Mourinyo hakimləri tənqid etmək əvəzinə diqqətini futbola verməlidir, çünki oyunlar meydanda qazanılır".

Hazırda Türkiyə mətbuatı Joze Mourinyonun necə cavab verəcəyini maraqla gözləyir.

writer photo
Əlirza Əlirzalı
0