Çempionlar Liqasının qrup mərhələsində “Sevilya” ilə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu komandasının 3:1 hesablı qələbəsinə 1 məhsuldar ötürmə ilə töhfə verib.
31 yaşlı pleymeyker 2022-ci ildə “şəhərlilər”in heyətində keçirdiyi 41 oyunun 40-da yaxından iştirak edib. De Bruynenin aktivində 16 qol, 24 məhsuldar ötürmə var. O, Premyer Liqa oyunçuları arasında bu göstəriciyə görə liderdir.
İlk “5-lik”də həmçinin Harri Keyn (“Tottenhem” - 38), Məhəmməd Salah (“Liverpul” - 32), Son Xın Min (“Tottenhem” – 27) və Ceyms Meddison (“Lester” – 25) qərarlaşıb.