"Araz-Naxçıvan" 1 gündə 3-cü transferini reallaşdırdı
29.05.2024 - 20:05
"Araz-Naxçıvan" 1 gündə 3-cü transferini reallaşdırdı

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi Ömər Buludovla anlaşıb. “Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0