“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”
26.10.2022 - 16:53
“Bizim üçün vacib oyun olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın futbolçusu Andrey Jirotto deyib.
Braziliyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb. 30 yaşlı orta sahə oyunçusu fikrini bu sözlərlə davam etdirib: “Qarabağ” ilk oyunda səfərdə uduzduğumuz rəqibdir. Evdə qalib gəlməliyik. Ötənilki möhkəmliyimizi bərpa etməyə başlayırıq. Hələ də diqqətimizi cəmləməliyik”.
0
0