"Barselona"da böyük itki - Levandovski zədələndi
05.10.2023 - 12:26
"Barselona"da böyük itki - Levandovski zədələndi

Robert Levandovski zədələnib.

Apasport.az xəbər verir ki, “Barselona”nın 35 yaşlı hücumçusu “Porto” ilə (0:1) səfər matçını tamamlaya bilməyib.

Polşa millisinin kapitanı 34-cü dəqiqədə meydanı tərk edib. Həkimlər ayağından zədə alan forvardı təkrar müayinə edəcəklərini açıqlayıblar. 

Qeyd edək ki, bu mövsüm 10 matçda iştirak edən Levandovski 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0