Azərbaycanın stolüstü tennisçiləri Xədicə Babazade və Vaqif Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Apasport.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Latviyanın paytaxtı Riqada təşkil olunan toplanışa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar.
“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 3-də başlanıb, 10-dək davam edəcək toplanışın sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.