17 yaşlı futbolçumuz Türkiyədə debüt edib
18.08.2024 - 11:09
17 yaşlı azərbaycanlı futbolçu Həsən Nəzərov "Ankaragücü" klubunun əsas heyətində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, dünən baş tutan "Erzurumspor"la matçın 84-cü dəqiqəsində meydana daxil olan Həsən sona qədər meydanda qalıb.
Azərbaycanın U-17 millisinin kapitanı olan Həsən Nəzərov "Ankaragücü"nün U-17 və U-19 komandalarında çıxış edib. Baş məşqçi Cihat Arslanın diqqətini çəkən Həsən əsas komandaya cəlb edilib.
Qeyd edək ki, Renat Dadaşov da "Ankaragücü" klubunda çıxış edir.
0
0