İspaniyalı futbolçu Andres İnyesta “Vissel Kobe” ilə yollarını ayırıb.
Apasport.az saytı xəbər ki, 39 yaşlı yarımmüdafiəçi Yaponiya klubunda son matçını keçirib.
“Sapporo” ilə matçın 57-ci dəqiqəsində meydanı tərk edən İnyesta üçün vida mərasimi təşkil olunub. “Vissel Kobe”nin rəhbərliyi futbolçuya təşəkkür edib: “İnyesta klubumuzda yeni səhifə açdı. Birlikdə 5 il böyük uğurlar üçün çalışdıq. Bizim ilk titulumuz, ilk beynəlxalq oyunlarımız bu zamana təsadüf etdi. Andresə təşəkkür edirik”.
Qeyd edək ki, İnyesta “Vissel Kobe” ilə Yaponiy kuboku (2019) və Superkubokunu (2020) qazanıb.
İnyesta “Vissel Kobe”dən getdi
01.07.2023 - 20:25
0
0