Sançes “İnter” arzusunda
21.08.2023 - 16:50
Sançes “İnter” arzusunda

Aleksis Sançesin gələcək karyerası ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, çilili hücumçu “İnter”ə qayıtmağa qərar verib.

35 yaşlı futbolçu istəyini İtaliya klubunun rəhbərliyinə də çatdırıb. Azad agent statusuna malik cənubi amerikalı Milan təmsilçisinə pulsuz başa gələ bilər.

Aleksis 2019-22-ci illərdə “İnter”də forma geyinib. O, çempionluq, kubok və Superkubok qazanıb.

Qeyd edək ki, Aleksis ötən mövsüm “Marsel”də keçirdiyi 44 oyunda 18 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0