Türk güləşçiyə Azərbaycan bayrağını dalğalandırmağa icazə verilmədi - VİDEO
22.04.2023 - 23:40
Türk güləşçiyə Azərbaycan bayrağını dalğalandırmağa icazə verilmədi - VİDEO

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında maraqlı an qeydə alınıb.

Apasport.az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində Rıza Kayaalp finalda Azərbaycan güləşçisi Sabah Şəriətini 2:1 məğlub edib.

Görüşdən sonra o, Türkiyə ilə yanaşı, Azərbaycan bayrağını da dalğalandırmaq istəsə də, qadın referi buna icazə verməyib.

Qeyd edək ki, Rıza Kayaalp 12-ci dəfə Avropa çempionu olmaqla karyerasını bitirmiş rusiyalı Aleksandr Karelinin rekordunu təkrarlayıb.

writer photo
Əlirza Əlirzalı
0