“Əl-Fateh” Biliçi təyin etdi
09.07.2023 - 13:23
Xorvatiyalı baş məşqçi Slaven Biliçin yeni iş yeri bəlli olub.
Apasport.az saytı xəbər verir ki, 54 yaşlı mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Biliç “Əl-Fateh”ə rəhbərlik edəcək. Müqavilənin detalları barədə məlumat verilməsə də, tərəflərin bir illik razılaşma əldə etdiyi bildirilir. Biliçin son iş yeri İngiltərə Premyerşipdə “Uotford” olub. O, mart ayında komandadan qovulub.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis “Vest Bromviç”, “Vest Hem”, “Beşiktaş”, “Lokomotiv” (Moskva) və Xorvatiya yığmalarında fəaliyyət göstərib.
0
0