Bu gün İran yüksək liqasında son turun daha bir oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, 16 komanda arasında 13-cü pillədə qəralaşan “Traktor” turnir cədvəlində onu iki addım qabaqlayan “Nassaci”nin qonağı olacaq.
Türkiyəli futbol eksperti Mertcan Bulca bu qarşılaşma ilə bağlı öz düşüncələrini bölüşüb. Mütəxəssis 2,04 əmsala bərabər təkli kupon təklif edib:
Son tur öncəsi həm çempion, həm də aşağı liqaya düşən komandalar müəyyənləşib. Bu mənada “Nassaci” ilə “Traktor” mövsümü rahat başa vuracaq. Maddi problemlər yaşayan və tez-tez baş məşqçisini dəyişən Təbriz klubu yenə də elitada qalmağı bacardı.
Mövsümün ilk dövrəsində daha yaxşı nəticələrlə diqqət çəkən “Nassaci”nin isə heyətində də ciddi itkilər var. Ayub Kalantari və Akbar Sadegi cəzalı, Məsud Şojai, Hamed Şiri və Mehrdad Abdi isə zədə ucbatından bugünkü qarşılaşmanı buraxacaqlar. Üstəlik, İran millisinə yollanan Məhəmməd Qurbani ilə şəxsi səbəblərdən heyətə salınmayan Mehdi Nazari də məşqçilər korpusunun sərəncamında olmayacaq.
Bu mövsüm səfər matçlarında qələbə üzü görməyən “Traktor”da isə Hadi Məhəmmədi, Əli Nəcəfi, sabiq “Neftçi”li Saman Nərimancahan cəzalı, Abolfazl Razzaqpur isə zədəlidir. Tehranda baş tutacaq görüşdə kiminsə üstünlük əldə edəcəyini düşünmürəm.
Proqnozum: X