“Sabah”dan qələbə, “ASCO Arena”da qolsuzluq
23.10.2022 - 20:32
“Sabah”dan qələbə, “ASCO Arena”da qolsuzluq

Misli Premyer Liqasında XI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki oyun baş tutub.

Öncə turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Səbail”lə “Şamaxı” üz-üzə gəlib. Meydan sahibləri ilk yarıda azlıqda qalsa da, bölgə təmsilçisi say üstünlüyündən yararlana bilməyib. “ASCO Arena”dakı qarşılaşma qolsuz sülhlə başa çatıb.

Lider “Qarabağ”ın iki ən yaxın izləyicisi Bakı derbisində görüşüb. “Neftçi” öz meydanında “Sabah”ı qəbul edib. Murad Musayevin yetirmələri məhsuldar keçən görüşdəki səfər qələbəsi ilə ikinci pillədəki mövqeyini möhkəmlədib.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 28-30-da keçiriləcək.
 

Misli Premyer Liqası
XI tur
23 oktyabr (bazar)
16:00. “Səbail” – “Şamaxı” - 0:0
Qırmızı vərəqə:
Tural Bayramlı, 43
Baş hakim: İnqilab Məmmədov
“Səbail”: 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli
“ASCO Arena”

18:30. “Neftçi” – “Sabah” - 2:3
Qollar:
Ömər Buludov, 71, Emin Mahmudov, 83 // Coy Lens Mikels, 37, Emmanuel Apeh, 45+5, Aleksey İsayev, 52
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 73
Baş hakim: Kamal Umudlu
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
“Bakcell Arena”

1

Qarabağ

10

10

0

0

31-7

30

2

Sabah

11

9

1

1

26-9

28

3

Neftçi

11

7

1

3

21-12

22

4

Zirə

11

6

1

4

15-17

19

5

Qəbələ

11

5

2

4

15-11

17

6

Turan Tovuz

10

3

3

4

8-13

12

7

Səbail

11

2

4

5

11-14

10

8

Kəpəz

11

1

2

8

7-26

5

9

Sumqayıt

11

0

4

7

2-16

4

10

Şamaxı

11

0

4

7

5-16

4

Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) - 10 qol, Musa Qurbanlı (“Qarabağ”) - 8 qol

writer photo
Əlirza Əlirzalı
0