Avropanın əksər liqalarında 2021/22 mövsümü başa çatsa da, Slovakiyada çempionat davam edir.
Apasport.az saytının məlumatına görə, Slovakiyada Konfrans Liqasına vəsiqə uğrunda pley-off mərhələsi bugünkü yarımfinal görüşlərlə başlayacaq.
“Jilina” öz meydanında “Trençin”i qəbul edəcək. Rusiyalı mütəxəssis Mixail Savin qarşılaşma ilə bağlı proqnoz verib:
“Fikrimcə, bu qarşılaşmada qonaq komandaya pul qoyuluşu etmək daha yaxşı olar. Meydan sahibləri mövsümün sonunda məğlubiyyətləri sıralamağa başlayıb. Çətin ki, onlar Konfrans Liqasının pley-off görüşlərinə toparlana bilsin.
Rəqib isə əksinə, möhtəşəm formadadır. Qonaqlar son turlarda hər matçda ən azı iki qol vururlar.
Əlbəttə, “Trençin”in qələbəsinə qoyuluş etmək olar. Amma ÜST daha az risklidir.
Bu görüşdə qolların çox olacağını gözləyirəm. “Jilina” çempionatın ikinci mərhələsində ilk “altılıq”da mübarizə aparıb. Onların ev matçında meydanı qolsuz tərk edəcəyi inandırıcı görünmür.
“Trençin” isə az qala hər matçda qol buraxır. Üstəlik, özü də rəqib qapılarından çox top keçirir.
Proqnozum: ÜST