Deşamın “Qızıl top”a namizədi
04.06.2023 - 15:06
Fransa yığmasının baş məşqçisi Didye Deşam 2022/23 mövsümün yekunlarına görə “Qızıl top”u kimin qazanmalı olduğuna münasibət bildirib.
Apasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis mükafatın Kiliyan Mbappeyə verilməsinin tərəfdarıdır.
Deşamın fikrincə, Mbappe dünya çempionatındakı oyunu ilə “Qızıl top”a qazanmağa layiqdır. Düzdür, onun rəhbərliyi ilə Fransa komandası mundialın finalında uduzub. Amma Argentina yığması ilə matçda Kiliyan “het-trik”lə yadda qalmışdı.
Qeyd edək ki, Mbappe ardıcıl 5-ci dəfə Fransa çempionatının bombardiri olub.
0
0