Xərçəngdən müalicə olunmuş futbolçu 7 dəqiqəyə het-trik etdi
13.01.2023 - 22:35
Xərçəngdən müalicə olunmuş futbolçu 7 dəqiqəyə het-trik etdi

Bu gün “Borusiya” (Dortmund) “Bazel”lə (İsveçrə) yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, Almaniya klubunun rəqibini 6:0 hesabı ilə darmadağın etdiyi oyunda Sebastyen Ale diqqət mərkəzinə düşüb. 

2022-ci ilin iyulunda “Borusiya”ya transfer olunan, anası Fil Dişi Sahilindən olan fransalı hücumçuda xərçəng qeydə alınıb. Bundan sonra o, kimyaterapiyadan keçib və 2 dəfə əməliyyat olunub.

Bu ay məşqlərə qayıdan futbolçu bugünkü matçda meydana çıxıb. 61-ci dəqiqədə oyuna daxil olan Ale 7 dəqiqə ərzində het-trik edib. O, matçın sonlarında - 81, 86 və 88-ci dəqiqələrdə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0