“Şturm”un futbolçusu arı uddu, xəstəxanalıq oldu
21.09.2023 - 11:51
“Şturm”un futbolçusu arı uddu, xəstəxanalıq oldu

“Şturm”un yarımmüdafiəçisi Xavyer Serrano kuryoz hadisə ilə üzləşib.

Apasport.az saytı xəbər verir ki, Avstriya klubunun 20 yaşlı futbolçusu məşq zamanı arı udub.

Özünü pis hiss edən ispaniyalı dərhal xəstəxanaya aparılıb. Həkimlər futbolçunun nəzarət altında qalmasını tövsiyə ediblər. Serranonun Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə oyunu buraxacağı bildirilir.  

Qeyd edək ki, “Şturm” – “Sportinq” matçı bu axşam Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0