"Çelsi"dən "İnter"ə TƏKLİF
08.02.2023 - 10:06
"Çelsi"dən "İnter"ə TƏKLİF

"Çelsi" "İnter"in müdafiəçisi Densel Dumfrisə elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, London klubu hollandiyalı futbolçu ilə müqavilə imzalamaq üçün oyunçusu Trevo Çalobanı qarşı tərəfə verməyə razıdır.  

İngilislərin bu təklifi italiyalılar üçün də cəlbedicidir. Çünki komandanın müdafiəçilərindən Milan Şkrinyar da yayda “İnter”i tərk edəcək. “Neradzurri” ən azından iki müdafiəçinin yerinə birini pulsuz ala bilər.

Qeyd edək ki, Dumfris 2021-ci ildən “İnter”də oynayır. 

writer photo
Əlirza Əlirzalı
0