Şahmat Federasiyasının büdcə hesabatı təsdiq olunub
24.05.2024 - 16:19
Şahmat Federasiyasının büdcə hesabatı təsdiq olunub

Mayın 24-də Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlayıb. Ardınca Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib.

AŞF-nin 2023-cü il üzrə büdcə hesabatı dinlənilib və təsdiq olunub. Federasiyanın cari ilin büdcəsi müzakirə edilərək qəbul edilib.

AŞF-nin nəzdində fəaliyyət göstərən Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Qadın və Sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şahmat veteranlarının təqaüd proqramı barədə məlumat verib.

AŞF prezidenti M.Məmmədov Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Genadiy Qelman və Elmira Əliyevanı yubiley münasibətiylə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.

writer photo
Əlirza Əlirzalı
0