"Bayer" məğlubiyyətsizlik seriyasını davam etdirir
03.05.2024 - 09:56
"Bayer" məğlubiyyətsizlik seriyasını davam etdirir

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Bayer" səfərdə "Roma"nı 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qolları Florian Virtz və Robert Andrix vurub.

Beləliklə, Xabi Alonsonun komandası məğlubiyyətsizlik seriyasını 47 matça yüksəldib. Bu mövsüm Leverkusen təmsilçisi 39 qələbə qazanıb, 8 dəfə heç-heçə edib.

Qeyd edək ki, Xabi Alonsonun yetirmələri mayın 9-da evdə “Roma” ilə cavab oyununu keçirəcək.

 

writer photo
Əlirza Əlirzalı
0