İsveç millisinin baş məşqçisi istefa verdi
20.11.2023 - 13:12
İsveç millisinin baş məşqçisi istefa verdi

İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.

Apasport.az xəbər verir ki, bunu İsveç Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra postundan ayrılıb. Onun son matçı Estoniyaya qarşı olub. Bu görüşdə isveçlilər 2:0 hesablı qələbə qazanıb.

Bunadək isə skandinaviyalılar Bakıda Azərbaycan millisi ilə görüşüb. Yığmamız mütəxəssisin komandasını 3:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasına rəhbərlik edirdi.

writer photo
Əlirza Əlirzalı
0