“Barselona” Umtitiyə klub tapdı
22.08.2022 - 17:51
“Barselona” Umtitiyə klub tapdı

“Barselona”nın müdafiəçisi Samuel Umtitinin keçəcəyi komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fransa millisi ilə dünya çempionu olan futbolçu karyerasını İtaliyada davam etdirəcək.

İspaniya nəhəngi Umtitini “Leççe”yə verəcək. Bu keçiddən La Liqa klubuna pul çatmayacaq. Hətta Samuelin maaşını da tam şəkildə barselonalılar ödəyəcək.

Umtitinin iştirak etdiyi hər matça görə Kataloniya təmsilçisinə bonus veriləcək. Bu, müəyyənləşdirilmiş məbləğə qədər davam edəcək.

Qeyd edək ki, 2016-cı ildən “Barselona”da çıxış edən müdafiəçinin müqaviləsi 2026-cı ildə başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0