“Formula-1”: İkinci sərbəst yürüş başa çatdı
10.06.2022 - 19:02
“Formula-1”: İkinci sərbəst yürüş başa çatdı

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Apasport.az saytının məlumatın görə, son məşq 1 saat davam edib.

Burada ən yaxşı nəticəni Şarl Lekler (“Ferrari”) göstərib. O, dövrəni 1 dəqiqə 43,224 saniyəyə qət edib.

Lekler birinci sərbəst yürüşün ən sürətlisi olan Serxio Peresi (“Red Bull”) qabaqlayıb. O, dövrəni 1 dəqiqə 43,472 saniyəlik göstərici ilə başa vurub. 

İlk “üçlüy”ü Peresin komanda yoldaşı Maks Ferstappen qapayıb. O, 1 dəqiqə 43,580 saniyə nəticə göstərib.

Qeyd edək ki, sabah əvvəlcə 13:00-da üçüncü sərbəst yürüş, 16:00-da isə sıralama turu olacaq.

writer photo
Əlirza Əlirzalı
0