Embid üçün iki variant
17.08.2023 - 23:14
Embid üçün iki variant

Coel Embid karyerasını “Hyuston”da davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, ulduz basketbolçu “Filadelfiya”nı tərk etməyi planlayır.

Az əvvəl Embidin komanda rəhbərliyindən onu başqa basketbolçu ilə dəyişdirilməsi ilə bağlı müraciət etdiyi xəbərləri yayılmışdı. “Nyu York”in də Joellə maraqlandığını nəzərə alsaq, yaxın zamanda onu “Filadelfiya”dan getməsi sürpriz olmayacaq. Embidin iki variantdan birini seçəcəyi bildirilir.

Qeyd edək ki, ulduz basketbolçu NBA çempionu ola biləcək komandaya keçmək arzusundadır.

writer photo
Əlirza Əlirzalı
0