Messi onu "Barselona"da baş məşqçi kimi görmək istəyir
30.01.2024 - 22:58
Messi onu "Barselona"da baş məşqçi kimi görmək istəyir

Lionel Messi "Barselona"nın baş məşqçi postuna gətiriləcək namizədlə bağlı fikrini bildirib.

Apasport.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Argentina millisinin hazırki baş məşqçisi Lionel Skalonini Kataloniya klubuna ən layiqli namizəd kimi görür.

36 yaşlı futbolçunun təklifini "Barselona"nın digər keçmiş futbolçusu Xavyer Maskerano da dəstəkləyir. İddialara görə, 45 yaşlı mütəxəssis komandanın "sükanı arxasına" keçəcəyi təqdirdə, 8 dəfə “Qızıl top”un sahibi olmuş Messinin də Kataloniya klubunda vəzifə tutmaq ehtimalı olacaq.  

Qeyd edək ki, son dünya çempionunun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, Skaloninin Amerika kubokundan sonra vəzifəsini tərk edəcəyi bildirilir.

writer photo
Əlirza Əlirzalı
0