“Bavariya” Kimmixi satır
18.07.2023 - 16:24
“Bavariya” Kimmixi satır

Yozua Kimmix “Bavariya”nı tərk etməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu yarımmüdafiəçini satmağa razılıq verib.

Kimmix Münhen təmsilçisindəki toxunulmaz statusunu itirib. “Bavariya” rəhbərliyi sərfəli təklif qarşılığında onu satmağa hazırdır.

Qeyd edək ki, Kimmix 2015-ci ildə “Leypsiq”dən “Bavariya”ya keçib.

writer photo
Əlirza Əlirzalı
0