Şəhriyar Məmmədyarov Özbəkistana yollandı
27.03.2023 - 12:43
Şəhriyar Məmmədyarov Özbəkistana yollandı

Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək.

Apasport.az saytının məlumatına görə, yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcək. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. 

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov olacaq.

Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.

writer photo
Əlirza Əlirzalı
0