Samir Abasova 3 oyun, "Sumqayıt"a 1000 AZN cəza
25.11.2023 - 16:11
Samir Abasova 3 oyun, "Sumqayıt"a 1000 AZN cəza

Apellyasiya Arbitraj Tribunalı növbəti qərarlarını açıqlayıb.

Apasport.az sizə həmin qərarları təqdim edir:

1. “Zirə” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. 05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində “Zirə” klubunun 9 nömrəli futbolçusu Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə futbolçunun 4 oyun cəzalanması, “Zirə” klubunun 3000 manat cərimə edilməsi (maddə 40.3) barədə İntizam Komitəsinin 10 noyabr 2023-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.

3. Futbolçu Vladislav Kulaça təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 3 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş cəza şərti tətbiq edilsin.

4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 12 noyabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.

5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.

6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

1. “Sumqayıt” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 11.11.2023-cü il tarixində Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan sonra qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixdə təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanması və “Sumqayıt” klubunun 1000 manat cərimə edilməsi (maddə 36.6, 32) barədə İntizam Komitəsinin 16 noyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin

4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

writer photo
Əlirza Əlirzalı
0