Vüqar Nadirov: “Qarabağ” təxribatlara fikir verməsə, rahatlıqla qalib gələcək”
27.10.2022 - 14:29
Vüqar Nadirov: “Qarabağ” təxribatlara fikir verməsə, rahatlıqla qalib gələcək”

“Qarabağ” Fransada 1 xal qazansa, son turu formallığa çevirəcək. Ancaq yenə də futbolçular arxayınlaşmamalıdırlar”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində “Nant”la səfərdə keçirəcəyi oyun haqda danışarkən deyib.

35 yaşlı veteran futbolçunun fikrincə, bugünkü qarşılaşmanın Fransada keçirilməsinin Azərbaycan çempionu üçün elə bir fərqi yoxdur: “Qarabağ” səfər komandasıdır. “Nant”ın doğma azarkeşləri önündə oynaması da heç nəyi dəyişmir. Fransızlar qol vurmaq üçün hücum futbolu oynamağa məcburdurlar. Çünki qalib gəlməsələr, həm növbəti mərhələyə ümidləri tükənəcək, həm də Konfrans Liqasına vəsiqəni riskə atacaqlar. Bu da “Qarabağ” futbolçularının əl-qolunu açacaq”.

Nadirov Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda “Qarabağ”ın qələbə qazanacağını proqnozlaşdırıb: “Məncə, Bakıdakı 3:0 hesablı qələbə kimi, təmsilçimiz yenə qalib gələcək. Komanda kənar təsirlərə, təxribatlara fikir verməsə, rahatlıqla qalib gələcək.

Proqnozum: “Qarabağ” qələbə qazanacaq.
 

writer photo
Əlirza Əlirzalı
0