Messi həyat yoldaşından ayrılır – Aquero ilə tez-tez bara getdiyi üçün
29.04.2023 - 15:13
Messi həyat yoldaşından ayrılır – Aquero ilə tez-tez bara getdiyi üçün

Argentinalı superulduz Lionel Messinin şəxsi həyatında problem yaranıb.

Apasport.az saytı xəbər verir ki, 35 yaşlı hücumçunun xanımı Antonella Rokkuzzodan ayrılmaq istədiyi bildirilir.

Messi həyat yoldaşının argentinalı futbolçu Serxio Aquero ilə tez-tez bara getməsindən narahatdır. Hətta iddialara görə, PSJ-nin futbolçusu yaxın ətrafına övladlarının ondan olub-olmamasından belə şübhələndiyini deyib: “Onu artıq tanıya bilmirəm, Antonella aşiq olduğum qadın deyil. Uşaqların belə mənim olmadığını düşünürəm. Çünki onların Aqueroya çox oxşarlığı var”.

Qeyd edək ki, 2017-ci ildə evlənən cütlüyün 3 oğlu var.

writer photo
Əlirza Əlirzalı
0