Millimiz Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək
29.08.2024 - 11:36
Millimiz Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 3-dən 7-dək Bakıda, sentyabrın 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:00-da və 14:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0