Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
06.08.2024 - 15:08
Parataekvondoçumuz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

52 kq çəki dərəcəsində çıxış edən idmançıya Dünya Taekvondo Federasiyası tərəfindən lisenziya verilib.

Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0