“Milan” 17 yaşlı qapıçı ilə müqavilə imzaladı
28.04.2023 - 16:24
“Milan” yayda heyətinə yeni futbolçu qatacaq.
Apasport.az saytı xəbər verir ki, İtaliya təmsilçisi “Sent-Etyen”dən 17 yaşlı qapıçı Noa Raveyre ilə ilkin müqavilə imzalayıb.
Fransa futbolunun gələcək ulduzlarından hesab edilən gənc qolkiper yayda yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Raveyre bu mövsüm 2 matçda iştirak edərək qapısından 4 qol buraxıb.
0
0