Millətlər Liqasının Slovakiya – Azərbaycan oyununa futbol ekspertləri də biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, Andrey Fomenko sentyabrın 22-də Trnavada baş tutacaq matça proqnoz verib.
Mütəxəssis C liqasında baş tutacaq görüşdə meydan sahiblərini üstün sayır. Fomenko yığmamıza şans verməməsini də əsaslandırıb:
Bu görüşdə ev komandası favoritdir. Amma bukmekerlər Üst gələcəyinə də inanmır. Qarşılaşmada iki və ya daha az qol vurulması ehtimalı daha yüksəkdir. Hər iki komandanın fərqlənməsi o qədər də inandırıcı görünmür.
Qazaxıstanla ötən turun matçında xal qazana bilməyən Slovakiya minimal fərqlə uduzub – 1:2. Nəticədə komanda hazırda ikincidir.
Azərbaycan yığması isə uzun sürən qələbə həsrətinə Belarusla görüşdə son qoymağı bacarıb. 2:0 hesablı qələbədən öncə isə Slovakiyaya evdə uduzub – 0:1. Qonaqlar görüşə revanş və azarkeşləri sevindirmək üçün motivasiya olub.
Amma son 6 oyunda 4 qələbəsi olan slovakiyalılar daha şanslıdır. Azərbaycan 14 matçda yalnız bir dəfə sevinib. Son üç şəxsi görüşdə də Slovakiya qalib gəlib.
Meydan sahiblərinin son 6 oyununda 5, Azərbaycanın son 7 görüşündə 6 dəfə Alt qeydə alınıb.
Meydan sahiblərinin üstünlüyü ilə keçəcək matça şahid olacağımıza şübhə etmirəm. Bu üzdən Slovakiyanın 1 qolluq fora ilə qalib gələcəyinə mərc gələrdim. Belə qoyuluşun əmsalı 1,60-a bərabərdir.
Proqnozum: Fora1 (-1)