Vüsal hesabı açdı, “Egnatia” 3 xal qazandı
27.09.2023 - 22:41
“Eqnatia” Albaniya çempionatının 6-cı turunu qələbə ilə başa vurub.
Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərli qolla yadda qalıb.
Səfərdə “Vlajniya”nın qonağı olan “Eqnatia” hesabı 49-cı dəqiqədə açıb. Qolu rəqib qapısından Vüsal keçirib. Qarşılaşmanın son dəqiqələrində qonaq komanda ikinci dəfə fəqlənib. İsgəndərli 85-ci dəqiqə meydanda olub.
Qeyd edək ki, “Eqnatia” Albaniya çempionatına liderlik edir. Komandanın hesabında 13 xal var.
0
0